Kilsə yaxınlığında “MÖCÜZƏ” – Əlil arabasında dilənən qadın polisləri görüb AYAĞA QALXDI – FOTObackend

Kilsə yaxınlığında “MÖCÜZƏ” – Əlil arabasında dilənən qadın polisləri görüb AYAĞA QALXDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trinitse-Serqiyev Lavra kilsəsinin yaxınlığında “möcüzə” qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Moskva vilayətindəki Trinitse-Serqiyev Lavrası yaxınlığında qəribə hadisə yaşanıb. Əlil arabasında oturaraq “əlil üçün ianə” istəyən yaşlı qadın polislə könüllü nəzarətçiləri gördüyü anda qəfil ayağa qalxıb və sürətlə aradan çıxıb.

Şahidlər bunu ironiya ilə “möcüzə” adlandırıblar. Hadisə bölgədə dilənçiliklə bağlı saxtakarlıq hallarının artdığına dair müzakirələri yenidən gündəmə gətirib.

Qadının şəxsiyyəti müəyyənləşdirilir, araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az