Rusiyada kişi özünü yandırıb və küçədə qaçmağa başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Ufada qeyri-adekvat şəxs üzərinə benzin töküb, özünü yandırıb və şoka düşən insanların gözü qarşısında şəhərin ətrafında qaçıb.
Bir müddət sonra ağrı dözülməz hala gələndə psix yerə yıxılaraq isterik qışqırmağa başlayıb. Başqırdlar alovu söndürüb, təcili yardım çağırıblar.
Bədbəxt adam bədəninin 95%-dən çox hissəsinin yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Adamın yaşamaq şansı praktiki olaraq yoxdur.
Xuraman Etibarlı
İnterpress.az