Kişiliyini cibində gəzdirənlər belə şeyləri anlamazlar…backend

Kişiliyini cibində gəzdirənlər belə şeyləri anlamazlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rubrika.az saytı “Əqidə, məslək, Vətən, dövlət sevgisi şəkil deyil ki, onu cibində, başının üstündə gəzdirəsən – Kişiliyini cibində gəzdirənlər belə şeyləri anlamazlar!” başlıqlı məqalə dərc edib.

İnterpress.az məqaləni təqdim edir:

Bəlli mərkəzlərdən idarə olunan qaragüruh yenə iş başındadır. Hər dəfə millət vəkillərindən, yaxud digər dövlət vəzifəlilərindən birinin hansısa fikrini kontekstdən çıxartmaqla ictimai fikri çaşdırmağa, həmin şəxsləri qınaq obyektinə çevirməyə, son nəticədə isə dövlətin imicinə zərbə vurmağa çalışan bu araqarışdıranlar bu gün Şamaxıdan millət vəkili seçilən Tamam Cəfərovanı hədəfə alıblar.

Çox ucuz şantaj üsulu, qadına qarşı rəva görülməyəcək namərdcəsinə bir qarayaxma kompaniyasıdır. Ani bir ehtiyatsızlığı, yaxud sırf məqsədli şəkildə bəlkə də quraşdırılmış bir səhnənin fotoşəklini paylaşmaqla Tamam xanımı hədəf gətirmək, az qala dövlətə xəyanətdə ittiham eləmək hansı məntiqə və əxlaqa sığır?

Tamam xanımı tanıyan seçicilərindən biri olaraq bu sətirləri yazmağı özümə borc bildim. Mən bir şamaxılı kimi onun təmsil etdiyi rayonun ictimai-siyasi həyatında oynadığı əhəmiyyətli rolu qeyd etməyə bilmərəm. Şamaxının ən çətin anlarında Tamam xanımı ön sıralarda görmüşük. Pandemiya dövründə, Vətən müharibəsi günlərində Tamam xanım təkcə millət vəkili kimi yox, bir ana kimi xalqla bir yerdə oldu. O şəhid anaları ilə kövrəldi, qazilərimizlə qürur duydu. İstənilən rayon sakini öz probleminin həlli üçün ona çəkinmədən müraciət edə bilər.

Tamam xanım xalqına, dövlətinə olan sədaqətini uzun illər şərəfli fəaliyyəti ilə sübut edib. Çoxlarının qaçıb gizləndiyi sınaq məqamlarında o dövlətin yanında olub, əqidəsinə, məsləkinə sona qədər sadiq olduğunu nümayiş etdirib. Görünür kimlərsə bu Vətən sevgisini, mərdlik xarakterini, dövlətə sədaqəti həzm edə bilmir. Tamam xanımın gördüyü işlər, xalqına, dövlətinə, onun Prezidentinə bağlılığı bir şəkillə ölçüləsi həddə deyil. Əqidə, məslək, Vətən, dövlət sevgisi şəkil deyil ki, onu cibində, başının üstündə gəzdirəsən. O bir xarakter, ömür fəlsəfəsi, həyat idealıdır. Bundan məhrum olanlar, əqidəsini, kişiliyini cibində gəzdirənlər belə şeyləri anlamazlar.