Kişinyov məhkəməsi Qaqauz rəhbəriтшт 30 gün müddətinə həbs edilməsi ilə bağlı vəsatətini rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə Moldova mediası məlumat yayıb.
Bildirilir ki, Kişinyov məhkəməsi prokurorların Qaqauziyanın rəhbəri Qutsulun 30 gün müddətinə həbs edilməsi ilə bağlı ikinci vəsatətini rədd edib.
“Moldovanı tərk etmək fikrim yox idi, ölkədən qaçmaq mandatımdan imtina etmək və Qaqauz xalqına xidmət etməkdən imtina etmək deməkdir. Mən bunu heç vaxt etməyəcəyəm”, – Qutsul qeyd edib.
Qutsul martın 25-də İstanbula uçmaq ərəfəsində Kişinyov hava limanında 72 saat saxlanılıb.
Martın 28-də o, 2023-cü il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı daha bir cinayət işi üzrə 20 sutka müddətinə həbs edilib.
Xuraman Etibarlı
İnterpress.az