KİV: 17 yaşlı Adam Kadırov Çeçenistanın Təhlükəsizlik Şurasının yeni katibidir – FOTObackend

KİV: 17 yaşlı Adam Kadırov Çeçenistanın Təhlükəsizlik Şurasının yeni katibidir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam, görünür, daha bir rəsmi status alıb.

İnterpress.az xəbər verir nki, bu barədə çeçen mediası yazıb.

Yerli media Çeçenistan rəhbərinin oğlu, 17 yaşlı Adam Kadırovu respublikanın Təhlükəsizlik Şurasının yeni katibi adlandırmağa başlayıb.

Bununla bağlı heç bir rəsmi fərman dərc olunmayıb.

İdarənin saytında hələ də onun əmisi oğlu Həmzət Kadırov direktor kimi göstərilib.

Bu, artıq Adəmin üçüncü yüksək vəzifəsidir. Əvvəllər o, Daxili İşlər Nazirliyinin kuratoru olub və atasının mühafizə xidmətinə rəhbərlik edib.

Xuraman Etibarlı

İnterpress.az