KİV: “Yaponiya müdafiə büdcəsini korporativ gəlir və tütün vergiləri hesabına artırmaq istəyir”backend

KİV: “Yaponiya müdafiə büdcəsini korporativ gəlir və tütün vergiləri hesabına artırmaq istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya rəhbərliyi müdafiə xərclərinin artırılmasının əsas mənbələri kimi tütün məmulatlarına korporativ vergi və aksizlərin yüksəldilməsini nəzərdən keçirir.

Bu barədə “Kyodo” agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildən etibarən korporativ gəlir vergisi və tütünə aksizlər mərhələlərlə artacaq. İndi bu yığımlar müvafiq olaraq 23,2 % və 61,7 % təşkil edir. 2011-ci il zəlzələsi və sunamidən sonra regionların bərpası üçün yığımlardan daxil olan vəsaitin bir hissəsinin istifadə edilməsi imkanları da nəzərdən keçirilir.

Yaponiya hökuməti bu yolla əlavə 1,1-1,2 trilyon iyen (8-8,7 milyard dollar) alacağını gözləyir. Bu məbləğin 70 %-ə qədərinin hüquqi şəxslər vergisinin artırılması hesabına təmin edilməsi nəzərdə tutulur.