Kobaxidze: Azərbaycanla Ermənistan arasında danışıqların təşviqinə dəstək verməyə hazırıqbackend

Kobaxidze: Azərbaycanla Ermənistan arasında danışıqların təşviqinə dəstək verməyə hazırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Qafqaz regionunda sülh hamı üçün, eyni zamanda Gürcüstan üçün də son dərəcə önəmlidir.

İnterpress.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyada gürcü jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycanla Ermənistan arasında əldə edilə biləcək bütün razılaşmaları məmnuniyyətlə qarşılayırıq. Ehtiyac yaranarsa, danışıqları təşviq etmək üçün dəstək verməyə hazırıq. Gürcüstan hər zaman regionda sülhün möhkəmləndirilməsi baxımından çox pozitiv rol oynayıb və biz eyni rolu oynamağa hazırıq”, – Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, ölkəsi Azərbaycanla olan çox yaxın dostluğa görə fəxr edir:

“Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığı, əməkdaşlığı və dostluğu daha da dərinləşdirmək üçün yüksək motivasiyaya sahibik. Azərbaycan hakimiyyətinə Gürcüstana göstərdiyi güclü dəstəyə görə təşəkkür edirəm. İki ölkə arasında münasibətlər əladır, amma biz bu münasibətləri daha da gücləndirməyə qərarlıyıq”.