Konqoda qayığın batması nəticəsində azı 40 nəfər ölübbackend

Konqoda qayığın batması nəticəsində azı 40 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasının Ekvator əyalətində qayığın batması nəticəsində ən azı 40 nəfər həyatını itirib, 167 nəfər isə itkin düşüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Milli mətbuatda yer alan xəbərlərə görə, gecə saatlarında Ekvator əyalətinin Mbandaka qəsəbəsindəki limandan çıxan və Konqo çayı üzərində Bolombaya doğru hərəkət edən qayıq aşıb.

Qəza nəticəsində azı 40 nəfər ölüb, 167 nəfər itkin düşüb.

Təxminən 190 nəfərin xilas edildiyi qəzada axtarış-xilasetmə işləri davam edir.

Bildirilir ki, havaya qalxdıqdan bir neçə saat sonra qayıq həddindən artıq yükləndiyi üçün irəliləməkdə çətinlik çəkib və ekipajın tarazlıq cəhdi zamanı qayıq yana əyilərək tamamilə batıb.

Xüsusilə güclü mövsümi yağışlar zamanı baş verən bu növ dəniz qəzaları qayıqlara texniki qulluq göstərilməməsi, onların tutumundan artıq yük və sərnişin daşıması nəticəsində baş verir.