Konqresdən Türkiyəyə qarşı haqsızlıq: “Rəsmi Ankara geri addım atmayacaq”backend

Konqresdən Türkiyəyə qarşı haqsızlıq: “Rəsmi Ankara geri addım atmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən ABŞ Konqresinin Nümayəndələr Palatasında Türkiyə əleyhinə qanun layihəsi qəbul edilib. Belə ki, Nümayəndələr Palatası ölkənin təkmilləşdirilmiş F-16 qırıcılarının və F-16 modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsini təsdiqləyib. Nümayəndələr Palatasında keçirilən səsvermədə 244 deputat iştirak edib və onlarda 179-u qanun layihəsinə səs verib.

Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, qanun layihəsi ədalətsiz və əsassızdır:

“Praktika göstərir ki, Türkiyə ilə diqtə tərzində danışmaq mənasızdır. Türkiyə xarici siyasətində lobbi və diaspor fəaliyyətini gücləndirməsə, Türkiyə əleyhinə daha ağır qanun layihələri qəbul edilə bilər. Aydın məsələdir ki, F-16 qırıcılarının və F-16 modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsinin qəbul edilməsinə baxmayaraq rəsmi Ankara geri addım atmayacaq. Təyyarələrin verilməməsi halında Vaşinqton Ankara kimi güclü bir müttəfiqi qarşısına almış olacaq. Çünki Türkiyə bu məsələdə çox ciddidir və təsadüfi deyil ki, “F-16″ların verilməsi məsələsi İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılığı qarşısında irəli sürülən şərtlərdə də öz əksini tapmışdı.

Digər tərəfdən, Madriddə imzalanan memorandum hələ Türkiyə Böyük Millət Məclisində təsdiq edilməyib. Ərdoğanın da vurğuladığı kimi, verilən sözlər yerinə yetirilməsə, TBMM İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə “yox” deyəcək”.