Koronavirusla bağlı son STATİSTİKAbackend

Koronavirusla bağlı son STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada 9 714 805 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə İnterpress.az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 491 856 nəfər ölüb, 5 250 085 nəfər sağalıb.

Ölkələr arasında yoluxma sayına görə ilk üçlüyə ABŞ (2 504 588 nəfər), Braziliya (1 233 147 nəfər) və Rusiya (613 994 nəfər) daxildir.

İran 215 096 yoluxma sayı ilə 10-cu, Türkiyə 193 115 nəfər yoluxanla 14-cüdür.

Çin infeksiyanın ilk yayılan vaxtlarında onluğun yuxarı sıralarında yer tutsa da, hazırda bu dövlət 83 462 yoluxma sayı ilə 21-ci sıradadır.

Azərbaycanın qonşularından Ermənistanda 22 488 yoluxma, Gürcüstanda isə 917 yoluxma qeyd edilir.

Azərbaycanda koronavirus 14 852 nəfərdə aşkar edilib, onlardan 8 059-u sağalıb, 180-i ölüb.