Kosovo polisi və NATO-nun Kosovo Sülh Qüvvələri (KFOR) sentyabrın 24-də ölkənin şimalında Banjskada baş verən hadisələrdən sonra bölgədə axtarış, patrul və nəzarət fəaliyyətləri ilə təhlükəsizliyi təmin etməyə davam edir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kosovo polisinin daim keşiyində olduqları bölgədə sursat axtarışı və mina təmizləmə işlərini davam etdirdiyi, KFOR tərkibində vəzifə yerinə yetirən İsveçrə və İtaliya əsgərlərinin də nəzarət məntəqələri və patrul dəstələri ilə bölgəni təftiş etdiyi müşahidə edilib.
Sentyabrın 24-də Kosovo polisi ilə silahlı serb qruplaşması arasında gün ərzində toqquşmanın baş verdiyi Banjska kəndində vəziyyət sakit olaraq qalır. Yerli əhalinin normal həyat sürdüyü görünürdü.
Digər tərəfdən Banjskada Kosovo polisi ilə qarşıdurmada öldürülən 3 serbinin cəsədi yarılma prosedurları tamamlandıqdan sonra bir gün ərzində ailələrinə təhvil veriləcək. Serblər üçün Kosovonun şimalındakı pravoslav kilsələrində mərasim keçiriləcəyi gözlənilir.
NATO-nun baş katibi Yens Stoltenberq ölkədəki mövcud vəziyyət qarşısında KFOR-a əlavə qüvvələr verilməsini bəyəndiklərini bəyan edib.
İngiltərədən gəlməsi gözlənilən əlavə qüvvənin yaxın günlərdə bölgədə işə başlaması gözlənilir.