Kosovo hökuməti ölkədə daha çox serblərin yaşadığı qəsəbələrdə Serbiya tərəfindən verilmiş avtomobil nömrələrinin Kosovo Respublikası (RKS) nömrələri ilə dəyişdirilməsi üçün dekabrın 1-dək əlavə müddət verdiyini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Kosovo hökumətindən verilən açıqlamaya görə, Serbiya qurumları tərəfindən verilən və Kosovo şəhərlərini simvolizə edən avtomobil nömrələrinin RKS nömrələri ilə dəyişdirilməsi üçün dekabrın 1-dək əlavə müddət verilib.
Açıqlamada bütün proses boyu dövlət nömrə nişanı olanlara maddi rahatlıqların təmin ediləcəyi vurğulanıb və əlavə edilib: “Bu dəyişiklik son vaxtlar RKS nömrəli nəqliyyat vasitələrinin qeydiyyatına tələbatın artması nəticəsində baş verib”.
Açıqlamaya görə, dekabrın 1-dən sonra Serbiya qurumları tərəfindən verilmiş və Kosovo şəhərlərini simvolizə edən dövlət nömrə nişanlı avtomobillərin RKS nömrə ilə dəyişdirilməsi, Kosovoya daxil olması və ölkə daxilində gediş-gəlişi mümkün olmayacaq.
Təxminən 10 minə yaxın qeyri-qanuni dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin olduğu təxmin edilir
2023-cü ildə RKS nömrələri almış Kosovo serblərinə məxsus 10-dan çox avtomobil dayanacaqda naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.
Kosovo hakimiyyətinin hesablamalarına görə, Kosovonun şimalında Serbiyanın payladığı qeyri-qanuni dövlət nömrə nişanlı təxminən 10 000 avtomobil var.
Serbiya 2008-ci ildə birtərəfli müstəqilliyini elan etmiş Kosovonu öz ərazisi hesab edir.