“Kreml Xankəndi və ətrafında öz nüfuzunu artırır” – Şərhbackend

“Kreml Xankəndi və ətrafında öz nüfuzunu artırır” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya özü bütün körpüləri yandırıb, Ukraynaya qarşı düşmənçiliyini hər addımda göstərir”.

İnterpress.az xəbər verir ki, bunu Ukrayna-Rusiya gərginliyinin artan xəttlə davam etməsinə münaaibət bildirən “Respublikaçı Alternativ” (REAL) partiyasının icra katibi Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, sözügedən gərginliyin hər an müharibəyə dönmə ehtimalı var:

“Putinlə Bayden arasında baş tutan danışıqlarda əsas müzakirə mövzusu Ukrayna olmalıdır. Hansısa ciddi nəticələrin əldə edilməsinə ümid azdır, amma ən azından müharibə təhlükəsinin azaldılması üçün bu danışıqların mühüm rolu olmalıdır. Ümumilikdə Rusiya Ukraynanın Qərbə inteqrasiya olmasını, NATO-ya üzv olmasını istəmir. Çünki NATO infrastrukturu Rusiya sərhədlərində olsa, bu, Moskvanın maraqlarına zidd, hətta “qırmızı cizgilərinin” keçilməsi kimi dəyərləndirilə bilər. Rəsmi Moskva bəyan edir ki, məsələn, Xarkov ətrafında NATO raketləri olsa, bu, Moskvaya bir neçə dəyiqəyə çata bilər. Çünki məsafə 740 km-dir. İlk baxışdan bu arqument məntiqli olsa da, aldadıcıdır. Ona görə ki, NATO ölkələri olan Baltikyani Respublikaların sərhəddindən Moskvaya məsafə daha yaxındır.

Rəsmi Vaşinqton Əfqanıstan fiaskosundan sonra Ukrayna məsələsində güzəşt etmək, geri çəkilmək istəmir. Baydenin zatən reytinqində ciddi düşmə var, indi Ukrayna məsələsində də geri addım atsa və ya Rusiyanın Donbasın ilhaqına göz yumsa, Respublikaçılar onu “yeyəcək”, növbəti Senat və Konqres seçkilərində Demokratlar ciddi yer itirəcək. Daha dərin məsələ odur ki, Rusiyanın ətrafında geniş bir halqa yaradılır, 3 dəniz konsepsiyası – Baltik, Qara dəniz və Xəzər xətti, ardınca isə Orta Asiya xətti (həm də Türk Dünyası) dairəsi ilə Rusiya dairənin içinə alınır və bu, daha uzunmüddətli konsepsiyadır.

Ukraynaya görə, Rəsmi Kiyev çıxılmaz vəziyyətdədir, Krım əldən gedib, qayıtması mümkünsüzdür, Donbası mental olaraq itiriblər, sadəcə bununla barışmaq çətindir, iqtisadi çətinliklər, oliqarxik daxili çəkişmələr – bütün bunlar Ukraynanın qarşısında olan əsas çağırışlardır. Həll yolları isə Qərbə inteqrasiyanın sıxlığından keçir, başqa yol yoxdur. Çünki Rusiya özü bütün körpüləri yandırıb, Ukraynaya qarşı düşmənçiliyini hər addımda göstərir”.

Bu prosesin ölkəmizə təsirlərinə də toxunan Natiq Cəfərli bildirib ki, Xankəndi və ətrafında Kreml öz nüfuzunu artırır, iqtisadi və siyasi olaraq özünə bağlayır:

“Həmin bölgədə yaşayan erməni əsilli azərbaycanlıları özünə bağlamaqla onların Azərbaycana inteqrasiyasının qarşısını alır və almaqda davam edəcək. Sonra həmin bölgəmizi də yaradacağı “cırtdan ölkələr liqasına” salmağa çalışacaq və ya bu ehtimalla bizi qorxudaraq istəklərini diktə etməkdə davam edəcəklər”.

Gülşən