Krokus terrorçularına bilet alan şəxs 14 il azadlıqdan MƏHRUM EDİLDİbackend

Krokus terrorçularına bilet alan şəxs 14 il azadlıqdan MƏHRUM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krokusda terror aktında təqsirləndirilənlərə bilet alan şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya regional məhkəmə idarəsi məlumat yayıb.

Bildirilir ki, Krokusda terror aktı törətməkdə təqsirləndirilən şəxslərə bilet alan şəxs Novosibirskdə partlayış törətməyə cəhdə görə 14 il müddətinə azadlıqdan məhrum edilib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Axmadaliyev 2024-cü il martın 22-də “Crocus City Hall”da baş vermiş terror aktının Dalerjon Mirzəyev və digər iştirakçısı üçün onlayn bilet alıb”, – məlumatda deyilir.

Terror aktından bir gün sonra Axmadaliyevin sürücü işlədiyi taksiyə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları onun Novosibirsk rayonlarından birində istifadə etməyə hazırlaşdığı partlayıcı qurğu aşkar ediblər.

Xuraman Etibarlı

İnterpress.az