Küçədə tut yeyən iki azyaşlı qardaş ÖLDÜbackend

Küçədə tut yeyən iki azyaşlı qardaş ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küçədə tut yeyən iki kiçik qardaş ölüb, onların 8 yaşlı bacısı ağır vəziyyətdə reanimasiyadadır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, küçədə tut yeyən iki kiçik qardaş ölüb. Onların 8 yaşlı bacısı ağır vəziyyətdə reanimasiyadadır. Ata övladlarının tut meyvəsindən zəhərləndiyini iddia edir.

Hadisə Saratov vilayətində baş verib. İyunun 24-də çoxuşaqlı ailədən üç uşaq (3, 7 və 8 yaşlı) təkbaşına gəzintiyə çıxıb.

Kəndi və yaxınlıqdakı meşəni gəziblər. Yol boyu doyunca şirin tut yeyiblər. Uşaqların anası həmin vaxt altıncı övladını dünyaya gətirmək üçün doğum evində olub.

Axşam saatlarında uşaqlar özlərini pis hiss edəndə atası onlara ağrıkəsici dərman verib. Amma kömək etməyib.

Ən kiçik, üç yaşlı uşaq huşunu itirib. Artıq xəstəxanada olan uşaqlara dəhşətli zəhərlənmə diaqnozu qoyulub.

Hər iki qardaş sonradan dünyasını dəyişib. Qızın vəziyyəti ağırdır.

Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az