Laçın dəhlizinin bir hissəsi bağlandı – SƏBƏBbackend

Laçın dəhlizinin bir hissəsi bağlandı – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən gecə saatlarından etibarən yağan güclü qar Laçın Dəhlizinin bir hissəsində yolun bağlanmasına səbəb olub. Xankəndi-Şuşa-Laçın yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Məlumata görə, yolun Turşsu kəndindən keçən hissəsində qar örtüyü avtomobillərin hərəkətini çətinləşdirib. Hazırda yolun açılması üçün təmizlik işlərinin görüldüyü bildirilir.

Bundan başqa, Ermənistan tərəfdən Laçın dəhlizinə çıxışda da yolların güclü qar yağması səbəbindən bağlandığı bildirilir. Belə ki,Zəngəzur- Sisyan avtomobil yoluna yük maşınlarının buraxılması dayandırılıb. (jamaz.info)