Lavrov: Moskva Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırdırbackend

Lavrov: Moskva Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesinə kömək etməyə hazırdır.

İnterpress.az xəbər verir ki, bunu XİN başçısı Sergey Lavrov Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı bildirib.

“Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə və sülh sazişinin imzalanmasına kömək etməyə hazır olduğunu təsdiqləyib. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə əldə etdikləri üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb”, – məlumatda qeyd olunub.