LDPR liderindən xarici tələbələrlə bağlı SƏRT BƏYANATbackend

LDPR liderindən xarici tələbələrlə bağlı SƏRT BƏYANAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici tələbələr Rusiya ali məktəblərində yalnız ödənişli əsaslarla təhsil almalıdırlar.

İnterpress.az xəbər verir ki, bu barədə ТАСС məlumat yayıb.

Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri və Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski xarici tələbələrin Rusiya ali təhsil müəssisələrində təhsili ilə bağlı sərt təkliflə çıxış edib.

O, agentliyə müsahibəsində bildirib ki, əcnəbilər Rusiya ali məktəblərində yalnız ödənişli əsaslarla təhsil almalıdırlar.

Partiya sədri həmçinin qeyd edib ki, hazırda bəzi ali məktəblər xaricilərə yataqxanada yerlər təqdim edərək rusiyalıları mənzilsiz qoyurlar.

Slutski bu təcrübəyə son qoyulmasının və ilk növbədə Rusiya vətəndaşlarının maraqlarının təmin edilməsinin vacibliyini vurğulayıb

Xuraman Etibarlı

İnterpress.az