Litva Ukraynaya on milyonlarla avro dəyərində silah göndəribbackend

Litva Ukraynaya on milyonlarla avro dəyərində silah göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva Ukraynaya dəyəri on milyonlarla avro olan minaatan partiyasını təhvil verib.

İnterpress.az BNS agentliyinə istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas bildirib.

“Biz Ukraynaya hərbi yardım göndərmişik – ağır minaatanları təhvil vermişik, onların sayını adlarını çəkməyəcəyik. Silahların qalıq dəyəri on milyonlarla avro dəyərində qiymətləndirilir”,- o deyib.

Müdafiə nazirinin sözlərinə görə, rəsmi Vilnüs mütəmadi olaraq Kiyevə silah-sursat göndərir: “Hər şeyin adını çəkmək belə çətindir. Təkcə “Stinger” raket kompleksləri deyil, həm də digər hava hücumundan müdafiə və tankəleyhinə silahlar, qumbaralar, pulemyotlar, avtomatlar, rabitə vasitələridir”.