Livan ordusu Hizbullah silah obyektlərinin 80%-ni İsrail kəşfiyyatının köməyi ilə məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Bildirilir ki, Livan ordusu ölkənin cənubundakı Hizbullah silah obyektlərinin 80%-ni İsrail kəşfiyyatının köməyi ilə məhv etməyə nail olub.
Məlumata görə, Livanın yeni hökuməti silahlı birləşmələri tərksilah etmək üçün iddialı addımlar atıb və bütün gözləntiləri üstələyib.
Xuraman Etibarlı
İnterpress.az