Livanın Baş naziri: “Yaxın Şərqdəki münaqişə daha da genişlənə bilər”backend

Livanın Baş naziri: “Yaxın Şərqdəki münaqişə daha da genişlənə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın Şərqdəki münaqişə daha da genişlənə bilər”.

İnterpress.az xəbər verir ki, bunu Livanın Baş naziri Nəcib Mikati “France-Presse” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, ölkəsinin münaqişəyə cəlb olunmasının qarşısını almağa çalışır: “Mən öz öhdəliklərimi yerinə yetirirəm. Amma daha böyük eskalasiyanı da istisna etmirəm”.

Qeyd edək ki, daha əvvəl İsrail ordusu “Hizbullah”ın Livan ərazisindəki bazalarını bombalayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayıb.