Livanın cənubunda Hizbullah qərargahı məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumat yayıb.
Bildirilir ki, İsrail ordusu Livanın cənubunda Hizbullah qərargahına aparan onlarla metr uzunluğunda yeraltı tunel aşkarlayıb.
Məlumata görə, bu qərargah təşkilatın yaraqlıları tərəfindən il boyu ölkənin şimal yaşayış məntəqələrinə atışlar üçün istifadə edilib.
Bundan əlavə, tunelin yaxınlığında yüzlərlə partlayıcı qurğu, tüfəng, qumbara və digər silahların olduğu silah anbarları aşkar edilib.
Ərazidə kəşfiyyat aparıldıqdan sonra yuxarıda adı çəkilən qərargah və tunel dağıdılıb, tapılan silahlar müsadirə edilib.
Xuraman Etibarlı
İnterpress.az