Gürcüstanın paytaxtı Tbilisinin Çavçavadze küçəsində lombard qarət edilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Hadisə dünən, oktyabrın 30-da axşam saatlarında baş verib.
Məlumata görə, “Tonvex” lombardından xüsusilə külli miqdarda pul götürülüb. Söhbət təxminən 800 min ABŞ dollarından gedir.
Faktla bağlı 2 nəfər saxlanılıb.
Cinayət Məcəlləsinin 179-cu (quldurluq) maddəsi ilə istintaq davam etdirilir.