Lukaşenko Zelenskini hədələyibbackend

Lukaşenko Zelenskini hədələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vlodomir Zelenskiyə tamamilə məqbul razılaşma variantı təklif edir”.

İnterpress.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində söyləyib.

“Əgər Zelenski Putinlə razılaşma bağlamasa, o zaman o, kapitulyasiya aktına imza atmalı olacaq”, – dövlət başçısı bildirib.

Belarus lideri Ukraynanın ölkəsinə qarşı eskalasiyanı davam etdirəcəyi təqdirdə cavab tədbirləri görüləcəyini vurğulayıb:

“Nəyi nəzərdə tuturam: fevralın 23-24-də onlar Belarus ərazisinə zərbə vurmağı planlaşdırırdılar. Bu barədə danışmışam. 4 istiqamətdən. Biz bunu qabaqladıq. Onlar bizim dövlət sərhədimizi uçuş aparatları, helikopter və s. vasitələrlə pozurlar”.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Belarus ərazisindən Ukraynaya şimaldan hücum platforması kimi istifadə edir, oradan həm quru, həm hava qüvvələrini göndərir və raket atışları gerçəkləşdirir.