Lukoil”un yanacaqdoldurma məntəqələrində sürücülər belə aldadılır – VİDEObackend

Lukoil”un yanacaqdoldurma məntəqələrində sürücülər belə aldadılır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanacaqdoldurma məntəqələrinin fırıldaqçılığı, cibgirliyi, sürücüləri aldatması halları hələ də davam edir. 

Turkustan.az-ın məlumatına görə, bu dəfə daha bir sürücü  “Lukoil” şirkətinin yanacaqdoldurma məntəqəsində üzləşdiyi cibgirlik faktı ilə bağlı “facebook” səhifəsində paylaşım edib:

“Bu gün çox xoşagəlməz  faktla rastlaşdım, saat 13.20 radələrində maşınıma benzin doldurmaq ücün Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə gəldim, 50 litr 92 benzin vurmasını bildirdim. O, qurğunu işə saldı, getdi. Maşından düşüb izlədim, bitəndə gördüm ki, 40 l vurdu bitdi, mat qaldım, adminstratoru çağırmalı oldum, kassanı yoxladılar, 50 manat  pul alınıb dedilər, yəni, 50 manatlıq vurulub, amma cihaz 40 litr vurub.  Videonu çəkdim ki, deməsinlər, yalan danışıram. Belə hallar həmişə bu şirkətin məntəqələrində baş verir, həmişə az vururlar, keyfiyyəti dəyişik olur və maşın əziyyət çəkir”.     /konkret.az/