Lvovda 6 yaşlı azyaşlı qız uşağını ildırım vurub.
İnterpress.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.
Ukraynanın Lvov şəhərində əlverişsiz hava şəraiti zamanı bədbəxt hadisə qeydə alınıb. Küçədə olan 6 yaşlı azyaşlı qız uşağını ildırım vurub. Lvov şəhərinin meri Andrey Sadovı bədbəxt hadisə ilə bağlı rəsmi məlumat yayıb. Yaralı uşaq dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi son məlumata görə, hazırda azyaşlının vəziyyəti stabildir və onun həyatı üçün hər hansı təhlükə yoxdur.
Hadisə Lvovda güclü leysan yağışları, fırtına və şimşək çaxması ilə müşayiət olunan əlverişsiz hava şəraiti zamanı baş verib. Şəhər meriyası və xilasedicilər vətəndaşlara fırtınalı havalarda açıq ərazilərdə, parklarda və uca ağacların yaxınlığında qalmamağı, maksimum dərəcədə qapalı və təhlükəsiz məkanlara sığınmağı tövsiyə edirlər. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






