Maaşların gecikməsi ailədaxili şiddət riskini 20 faiz artırır – ARAŞDIRMAbackend

Maaşların gecikməsi ailədaxili şiddət riskini 20 faiz artırır – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər əmək haqqının gecikdirilməsinin münasibətləri məhv etdiyini aşkar ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Alimlər tərəfindən aparılan yeni elmi araşdırma maaşların gecikməsinin ailə və tərəfdaşlıq münasibətlərinə vurduğu ağır zərbəni üzə çıxarıb.

Tədqiqatçıların rəyinə görə, əməkhaqqının cəmi bir gün gecikdirilməsi ailədə fiziki və psixoloji zorakılığın başvermə ehtimalını 20 faiz artırır.

Xüsusilə hər iki tərəfdaşın maaşı eyni vaxtda gecikdikdə bu gərginlik daha kəskin və təhlükəli xarakter alır.

Mütəxəssislər izah edirlər ki, pulsuz qalan cütlüklər evdə təkbətək daha çox vaxt keçirməyə məcbur olurlar.

Maddi sıxıntı, borclar və gələcək qeyri-müəyyənlik fonunda bu vəziyyət dava-dalaş, qarşılıqlı təhqirlər, fiziki zorakılıq və psixoloji təzyiq hallarının kəskin artmasına yol açır.

Alimlər işəgötürənləri işçilərin maaşlarını vaxtında ödəməyə çağırırlar. Çünki bu, təkcə iqtisadi məsələ deyil, həm də insanların mənəvi-psixoloji sağlamlığı və ailə bütövlüyü üçün həyati əhəmiyyət kəsb edir.

Xuraman Etibarlı

İnterpress.az