Makron 2023-cü ilin əvvəlində Çinə səfər etməyi planlaşdırırbackend

Makron 2023-cü ilin əvvəlində Çinə səfər etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron gələn ilin əvvəlində Çinə səfər etməyi planlaşdırır.

Bu barədə Fransanın Çindəki səfiri Loran Bili noyabrın 21-də Çinin “Global Times” qəzetinə müsahibəsində bildirib.

“Prezident Makron vəzifəyə gəldikdən sonra artıq iki dəfə Çinə səfər edib və gələn ilin əvvəlində Çinə səfər etmək niyyətindədir”, – o qeyd edib.

Diplomatın sözlərinə görə, E.Makron və Çin Sədri Si Cinpin müntəzəm əlaqələr saxlayır: pandemiyanın başlamasından keçən üç il ərzində onlar 10 dəfədən çox danışıblar.

O, Makron və Si Cinpinin telefon danışıqları zamanı tez-tez Ukrayna böhranını, Koreya yarımadasındakı vəziyyəti, iqlim dəyişikliyi ilə mübarizəni və ərzaq təhlükəsizliyini müzakirə etdiklərini bildirib.

Qeyd edək ki, tərəflər arasında sonuncu görüş noyabrın 15-də Balidə keçirilən “G20” sammiti çərçivəsində baş tutub.