Maldiv adaları israillilərə girişi birdəfəlik QADAĞAN ETDİbackend

Maldiv adaları israillilərə girişi birdəfəlik QADAĞAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maldiv adaları birdəfəlik israillilərə girişi qadağan edib.

İnterpress.az xəbər verir ki, Maldiv adaları “Fələstin xalqı ilə güclü həmrəylik” çərçivəsində israillilərə daimi giriş qadağası elan edib.

Bu gündən etibarən İsrail pasportu sahibləri dəbdəbəli turist arxipelaqını ziyarət edə bilməyəcəklər.

Maldiv prezidenti Mohamed Muizzu Maldiv İmmiqrasiya Qanununa İsrail pasportu olanların ölkəyə girişini faktiki olaraq qadağan edən Üçüncü Düzəlişi ratifikasiya edib.

“Rattifikasiya hökumətin İsrail tərəfindən Fələstin xalqına qarşı davam edən vəhşiliklərə və soyqırıma cavab olaraq qəti mövqeyini əks etdirir”, – onun ofisinin bəyanatında deyilir.

“Maldiv adaları Fələstin məsələsi ilə güclü həmrəyliyini bir daha təsdiqləyir”.

Maldiv adalarının dövlət xəbər saytı PSM News qeyd edir ki, Maldiv Xalq Məclisinin 2025-ci il aprelin 15-də qəbul etdiyi qanunvericilik İsrailin Qəzzada davam edən hərbi əməliyyatlarını qınadığını əks etdirir.

Fələstin müharibəsindən əvvəl Maldiv adalarını ildə 10-15 min israilli ziyarət edirdi və ölkələr arasında vizasız rejim və birbaşa uçuşlar mövcud idi.

İsrailin Qəzza zolağına təcavüzündən sonra Maldiv adaları öz mövqeyini sərtləşdirib.

2023-cü ilin noyabrında birbaşa uçuşlar dayandırılıb, 2024-cü ilin iyununda isə hakimiyyət israillilərin ölkəyə ikinci vətəndaşlığı ilə səfər etmək imkanını saxlamaqla, İsrail pasportu sahiblərinin ölkəyə girişini rəsmən qadağan edib. 2025-ci il aprelin 15-dən etibarən qadağa mütləq oldu.

Xuraman Etibarlı

İnterpress.az