Mama YATDI – Qadın doğum evinin ayaqyolunda uşaq DÜNYAYA GƏTİRDİbackend

Mama YATDI – Qadın doğum evinin ayaqyolunda uşaq DÜNYAYA GƏTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus qadın Sankt-Peterburq doğum evinin tualetində mama yatarkən uşaq dünyaya gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Mediada yayılan məlumata görə, 25 yaşlı Darya Sençilo gecə sancıları ilə Doğum Evinə gəlib və bir saatdan çox qəbul şöbəsində qeydiyyata düşmək üçün gözləyib.

Bir anda xəstə özünü pis hiss etməyə başlayıb və o, sözün həqiqi mənasında iməkləyərək tualetə tərəf sürünüb və orada doğulmağa başlayıb.

Bu zaman mama Aytən Cəfərova sadəcə yatırdı. Nə vaxtsa o, nəhayət, doğum evi işçilərinin qışqırıqlarını eşidib və oyanıb, tualetə qaçıb.

Sancı çəkən qadın kömək istəyib, lakin Cəfərova sadəcə olaraq qaçıb. Nəticədə rus qadını uşağı özü dünyaya gətirməli olub: Miron adlı oğlan uşağı dünyaya gəlib.

Xuraman Etibarlı

İnterpress.az