Marqarita Simonyan intihar etmək istədiyini, lakin fikrini dəyişdiyini bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. “Rossiya Seqodnya” beynəlxalq media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, əri Tiqran Keosayan klinik ölüm keçirdikdən və komaya düşəndən sonra intihar etmək istəyib.
“Mən daha yaşaya bilmərəm”, – Simonyan deyib.
Marqarita bildirib ki, “dekabr ayına qədər mən ən xoşbəxt insan idim”, amma indi əri ilə fotoşəkillərə baxmaq belə onun üçün çox çətindir.
Xuraman Etibarlı
İnterptress.az