Amerikalı pop müğənnisi Maykl Ceksonun reklam çarxında geyindiyi ikonik pencək noyabrda Londonda hərraca çıxarılacaq. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Məlumata görə, Ceksonun 1984-cü il reklamı üçün xüsusi olaraq istehsal edilən və kostyum və ləvazimat satıcısı Propstore tərəfindən hərraca çıxarılacaq qara-ağ dəri gödəkçənin ən azı 245 min dollara alıcı tapacağı gözlənilir.
Hərraca çıxarılanlar arasında Corc Maykl, Amy Winehouse, David Bowie, Elvis Presley, Angus Young, John Lennon və The Beatles-a məxsus əşyalar var.
Propstore-un Musiqi və Poster Direktoru Mark Hochman satışlar haqqında deyib: “Bu eksklüziv parçaların bir çoxu ilk dəfədir ki, ictimaiyyətə satışa təqdim olunur”.
Maykl Ceksona məxsus xatirə əşyaları əvvəllər də minlərlə dollara satılıb.