Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançs ilə görüşüb.
Bu barədə Nazirlik məlumat yayıb.
Görüşdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan nazir Latviya ilə yaradıcı mədəniyyət sənayeləri, habelə kino və musiqi sahələrində qarşılıqlı əməkdaşlıqda maraqlı olduğumuzu bildirib.
Azərbaycan və Latviya arasında imzalanan əməkdaşlıq sənədlərinə toxunan Anar Kərimov bu zəmində layihə yönümlü fəaliyyətə üstünlük verilməsinin əhəmiyyətini qeyd edib.
Müzakirə zamanı Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində Ermənistan tərəfindən dağıdılan tarixi-mədəni abidələrin, təcavüzkar siyasətə məruz qalan mədəni irsimizin bərpası ilə bağlı məsələlərə toxunulub.
Bünyamin Çingizoğlu
İnterpress.az