Ermənistanda Meğri meri Xaçatur Andreasyan saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistanın Meğri şəhərinin meri Xaçatur Andreasyanın saxlanıldığı bildirilir. Onun saxlanılmasının səbəbləri hələlik açıqlanmayıb.
Məlumata görə, işlə bağlı araşdırmanı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi aparır.
Xuraman Etibarlı
İnterpress.az






