Məhkəmə Azərbaycanın Fransadakı səfirliyinə hücum edən erməniyə bildiriş göndəribbackend

Məhkəmə Azərbaycanın Fransadakı səfirliyinə hücum edən erməniyə bildiriş göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ay Parisdə Azərbaycan səfirliyinə hücum edən radikal erməni qrupunun üzvü Loris Tufanyana qarşı iki fakt üzrə cinayət işi açılıb.

Bu şəxs səfirliyin binasına güc yolu ilə girməyə cəhddə və səfirliyin əməkdaşının həyatını riskə atmaqda ittiham olunur.

 

Həmçinin əldə olunan məlumata görə, Tufanyan təxminən bir həftə Paris polisinin nəzarətində olub.

O, dünən, oktyabrın 19-da sərbəst buraxılıb və ona məhkəməyə çağırışla bağlı bildiriş təqdim olunub.

Xatırladaq ki, ötən gün fransalı tarixçi Maksim Qauin özünün “Twitter“ hesabında bildirib ki, polis Fransadakı Erməni İnqilabı Federasiyasının gənclər bölməsinin keçmiş sədri Loris Tufanyanı həbs edib.