Məhkəmədə təqsirləndirilən şəxslər ülgüclə özlərini doğradılarbackend

Məhkəmədə təqsirləndirilən şəxslər ülgüclə özlərini doğradılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslər ülgüclə özlərinə xəsarət yetiriblər.

Məhkəmədən bildirilib ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə terrorçuluq və terror təşkilatlarını maliyyələşdirməkdə təqsirləndirilən Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə qol damarlarını doğrayıblar.

Daha sonra hakim zaldan çıxıb və Penitensiar Xidmətin əməkdaşları təqsirləndirilən şəxsləri sakitləşdirməyə müvəffəq olublar. Onlar təqsirləndirilən şəxsləri tibbi hissəyə çatdırıblar.

Bildirilib ki, təqsirləndirilən şəxslərin özünə xəsarət yetirməsi nəticəsində ölüm halı baş verməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 11 nəfər dəstə üzvləri terrorçuluq və İŞİD-ə maliyyə göndərməkdə təqsirləndirilirlər.

 

İnterpress.az