Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilovun Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qalib gəlməsi ilə bağlı paylaşım edib.
İnterpress.az xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov – qızıl medal! Türkiyə parataekvondoçusu Fatih Çelik – gümüş medal! Hər iki idmançını təbrik edir, onlara yeni qələbələr arzulayıram! Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”