Meksika miqrasiya böhranını həll etmək üçün 10 ölkə ilə görüşəcəkbackend

Meksika miqrasiya böhranını həll etmək üçün 10 ölkə ilə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika nizamsız miqrant böhranının yaratdığı problemləri həll etmək üçün 10 ölkə ilə görüş keçirməyi qərara alıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Meksikada Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında çıxış edən prezident Andres Manuel Lopez Obrador qeyri-qanuni mühacir probleminin bütün bölgəni əhatə edən “struktur problemi” olduğunu bildirib.

Miqrasiya problemlərini müzakirə etmək üçün 10 ölkənin iştirakı ilə bir toplantı təşkil edəcəklərini açıqlayan Lopez Obrador deyib: “Artan miqrasiya axınını dayandırmalı və artan risklər qarşısında immiqrantları qorumalıyıq. Ümid edirəm ki, ortaq yardım planı üzərində danışıqlar aparacağıq. Düşünürəm ki, biz bu görüşü 10 gün ərzində keçirə bilərik”.

Digər tərəfdən, Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) verdiyi açıqlamada Amerika qitəsində “görünməmiş” immiqrant axınının olduğu və Mərkəzi Amerika ölkələri ilə Meksika arasında daha çox əməkdaşlığa ehtiyac olduğu vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) aprelin 14-də verdiyi açıqlamada, Mərkəzi Amerika ölkəsi Panama ilə Cənubi Amerika ölkəsi Kolumbiya sərhədində qeyri-qanuni mühacirlərin marşrutu olan Darien Boşluğundan keçməyə çalışan qeyri-qanuni immiqrantların sayını açıqlayıb. Qeyd edilib ki, bu il rəqəmlər 400 minə yüksələ bilər.