Meksikada kilsənin damı uçub: 7 nəfər ölüb, 30 nəfər dağıntılar altında qalıbbackend

Meksikada kilsənin damı uçub: 7 nəfər ölüb, 30 nəfər dağıntılar altında qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada kilsənin damının uçması nəticəsində 7 nəfərin öldüyü, 30 nəfərin dağıntılar altında qaldığı açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir
Yerli mətbuatın məlumatına görə, Ciudad Maderoda Santa Cruz kilsəsinin damının uçması nəticəsində 10 nəfərin xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Sahildə yerləşən Tamaulipas ştatının polisi bildirib ki, çökmə zamanı kilsə binasında 100-ə yaxın adam olub. Yerli media bunun vəftiz olduğunu yazıb. Qapalı qalanlar arasında çoxlu uşağın olduğu təxmin edilsə də, xilasetmə işləri davam edir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə kilsə binasının xarabalığa çevrildiyi, dağıntıların ətrafına toplaşan insanların içəridə sıxışıb qalanları çarəsizcə axtardığı görünür. Deyilənə görə, insanlar kürək və çubuqlarla gəlib dağıntıları çıxarmağa çalışıblar. Sağ qalanları axtaranlara kömək etmək üçün sosial mediada tibbi və xilasetmə ləvazimatları çağırışları yayılıb.