Meksikada mikroavtobus uçuruma yuvarlanıb: 3 nəfər ölüb, 35 nəfər yaralanıbbackend

Meksikada mikroavtobus uçuruma yuvarlanıb: 3 nəfər ölüb, 35 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın şimal-qərbində mikroavtobusun uçuruma aşması nəticəsində 3 nəfər ölüb, 35 nəfər yaralanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Meksikanın Naukalpan şəhərində magistral yolda baş verən qəzada mikroavtobus 2 nəqliyyat vasitəsi ilə toqquşaraq uçuruma yuvarlanıb.

Qəzada 3 nəfər həyatını itirib, 35 nəfər yaralanıb.

Yaralılar ətrafdakı xəstəxanalarda müalicə olunarkən, hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən göndərilib.

Qəza ilə bağlı araşdırma aparıldığı bildirilib.