Meksikada “Otis” qasırğası nəticəsində ölənlərin sayı 50-ni ötübbackend

Meksikada “Otis” qasırğası nəticəsində ölənlərin sayı 50-ni ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın cənubundakı Akapulko sahil şəhərinə çatan “Otis” qasırğası nəticəsində ölənlərin sayı 50-ni ötüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Gerrero əyalətinin qubernatoru Evelin Salqado verdiyi açıqlamada “Otis” qasırğası nəticəsində insan itkilərinin artdığını bildirib.

Həyatını itirənlərin sayının 51-ə yüksəldiyini qeyd edən Salqado, itkin düşənlərin sayının hələlik 40 olduğunu bildirib.

Meksika prezidenti Andres Manuel Lopez Obrador da axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini vurğulayaraq, bölgəyə səfər edəcəyini bildirib. Qasırğanın vurduğu Akapulko şəhərini dirçəldəcəklərini bildirən Lopez Obrador yerli hakimiyyət orqanları ilə sıx təmasda olduqlarını qeyd edib. Oktyabrın 26-da 5-ci kateqoriyaya yüksələn və “dağıdıcı ola biləcəyi” xəbərdarlığı edilən Otis qasırğası səbəbindən Meksikada 39 nəfər həyatını itirdi. Qasırğa nəticəsində on minlərlə insanın evinə ziyan dəyərkən, yaşayış evləri işıqsız qalıb. Hökumət Otis qasırğasından sonra talanlara cavab vermək üçün təxminən 17 min əsgər və polis təyin etdi.