Məktəbli qız istidə fəvvarədəki su ilə sərinləmək qərarına gəlib, lakin elektrik cərəyanı vuraraq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, 13 yaşlı Rita və rəfiqəsi Belqorod vilayətinin Tomarovka kəndindəki fəvvarənin kənarı ilə qaçıblar. İki dəfə hər şey insidentsiz keçsə də, üçüncü dəfə məktəbli qızı elektrik cərəyanı vurub.
Rəfiqəsi kömək etməyə çalışıb, amma bacarmayıb, çünki hələ də onu elektrik cərəyanı vururdu. Yalnız su söndürüldükdən sonra onu çıxarmaq mümkün olub, lakin artıq gec olub. Rita təcili yardım gələnə qədər ölüb.
İstintaq Komitəsi “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi ilə iş açıb.
Xuraman Etibarlı
İnterpress.az