Fransanın Nant şəhərində məktəbli orta məktəbdə şagirdləri döyüb. Bir məktəbli qız ölüb, üç nəfər yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.
Bildirilir ki,15 yaşlı məktəbli iki fərqli sinif otağına girərək ən azı dörd şagirdi bıçaqlayıb.
Hücuma ilkin olaraq yeniyetmələr arasında mübahisə səbəb olub.
Hücumçu polis gələnə qədər müəllimlər tərəfindən zərərsizləşdirilib və daha sonra həbs edilib.
Xuraman Etibarlı
İnterpress.az