Məktəblilər kütləvi şəkildə təhlükəli DÖYMƏ EDİR – FOTObackend

Məktəblilər kütləvi şəkildə təhlükəli DÖYMƏ EDİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblilər ucuz maşınlardan istifadə edərək kütləvi şəkildə döymələr edirlər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, məktəblilər bazarlarda satılan ucuz maşınlardan istifadə edərək kütləvi şəkildə döymələr edirlər. Nəticədə yanıqlar, abseslər və HİV-ə yoluxma riski yaranır.

Uşaqlar sakitcə döymə dəstləri sifariş edirlər, heç kim pasport tələb etmir. Onlar YouTube-da bələdçilərdən öyrənirlər və steril olmayan iynələrlə tatu etdirirlər.

Belə dəstlərdə olan boyalar insan dərisi üçün nəzərdə tutulmayıb. Buna görə də yanıqlar, səpgilər, qaşınma və iltihablar yaranır.

Həkimlər həyəcan təbili çalır: sterilizasiya olunmayan iynələr asanlıqla hepatit, HİV, stafilokok, streptokok və digər dəhşətli infeksiyalara səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az