“Mən baş nazir ola bilmərəm, çünki ikili vətəndaşlığım var” – Erməni keşişbackend

“Mən baş nazir ola bilmərəm, çünki ikili vətəndaşlığım var” – Erməni keşiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arxiyepiskop Baqrat deyib ki, o, baş nazir postuna iddia etmir, çünki Kanada vətəndaşlığı var.

İnterpress.az xəbər verir ki, arxiyepiskop Baqrat Qalstanyan cümə günü jurnalistlərə ikili vətəndaşlığa malik olduğunu açıqlayıb.

“Mənim ikili vətəndaşlığım var – Ermənistan və Kanada”, – Qalstanyan deyib.

O, bu ölkədə dini ayin zamanı Kanada pasportu aldığını bildirib.

Keşiş bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın baş nazir postuna təklifini şərh edərkən deyib.

“Vətən uğrunda” Tavuş hərəkatından baş nazir postuna namizəd arxiyepiskop Baqrat Qalstanyan olmalıdır”, – Oskanyan təklif edib.

“Cənab Oskanyana təşəkkür edirəm, lakin mənim belə ambisiyalarım və istəklərim yoxdur və bunu düzgün hesab etmirəm”, – Qalstanyan qeyd edib.

Hərəkat iştirakçılarının müəyyən hissəsi bunda israr etsə, nə baş verəcəyini soruşduqda, arxiyepiskop deyib ki, qalanını zaman göstərəcək.

Xuraman Etibarlı

İnterpress.az