Moskvada mənzillərdən birində 13 it və 18 pişik tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qonşular qoxu və şəraitdən şikayət etdikdən sonra prokurorluq ora gəlib.
Məlum olub ki, havada ammonyakın miqdarı yol verilən normaları keçib.
İndi mənzil sahiblərinə məhkəmə yolu ilə heyvan saxlamağa qadağa qoyula və evlərini təmizləməyə məcbur edilə bilər.
Xuraman Etibarlı
İnterpress.az