Mərakeşlilər Fransaya viza tətbiq etmək üçün kampaniyaya başlayıblarbackend

Mərakeşlilər Fransaya viza tətbiq etmək üçün kampaniyaya başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərakeşdə zəlzələdən sonra münasibətləri gərginləşən Fransaya viza tələbi üçün sosial mediada kampaniya başladılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“Fransızlar üçün viza müraciət edin” həştəqi ilə başladılan kampaniya çərçivəsində Fransanın ölkələrinə münasibətinə reaksiya verilib.

Mərakeşli fəal Simo Ben də fransalı turistlərə viza tətbiq edilməsinə çağıran paylaşım edib.

Ölkəsinin müxtəlif qitələrdən çoxlu turist cəlb etdiyini bildirən Ben, fransız turistlərsiz də edə biləcəklərini qeyd edib.

Fransızlara vizanın tətbiq edilməsi lazım olduğunu bildirən Ayşe Mine, Fransanın Mərakeşə qarşı düşmənçilik hərəkətləri səbəbindən belə bir tələb etdiklərini bildirib.

Mərakeşli Əli əl-Kari də Facebook hesabında Fransanın siyasətlərinin mərakeşliləri təhrik etdiyini bildirib.

Kari qeyd edib ki, Fransanın təhsilə və iqtisadiyyata mənfi təsirlərini izah etmək üçün uyğun zamandır. Sosial media istifadəçilərindən Yasin əl-Həddad da kampaniyaya dəstək verməyə çağırıb.

28 sentyabr 2021-ci ildə Fransa Mərakeş, Əlcəzair və Tunisin vətəndaşlarının ölkəyə qayıtması ilə bağlı konsulluq prosedurlarından imtina etdiklərini əsas gətirərək, bu ölkələrin vətəndaşları üçün viza tələblərini sərtləşdirdiklərini açıqlayıb.

Bundan sonra Mərakeşin xarici işlər naziri Nasser Burita ölkəsinin qeyri-qanuni mühacirlərlə bağlı sərt tədbirlər gördüyü üçün Fransanın vizaları çətinləşdirmək qərarını “ədalətsiz” adlandırıb.