Merkel və Putin Belarusdakı vəziyyəti müzakirə edibbackend

Merkel və Putin Belarusdakı vəziyyəti müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

İnterpress.az-ın Xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə A. Merkelin sözçüsü Steffen Seibert bildirib.

“Kansler vurğulayıb ki, Belarus hökuməti dinc nümayişçilərə qarşı güc tətbiq edilməsindən imtina etməli, siyasi məhbusları dərhal azad etməli və ölkədəki böhrandan çıxmaq üçün müxalifət və cəmiyyətlə milli dialoqa getməlidir”, – deyə S. Seibert qeyd edib.

 

İnterpress.az