Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı zamanı erməni terrorçu Vaqif Xaçaturyanın qətlə yetirdiyi yaşlı sakinlərin adları açıqlanıb.
İnterpress.az-ın məlumatına görə, bu barədə Vaqif Xaçaturyanın ittiham aktında qeyd olunub.
Aktda göstərilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində Vaqif Xaçaturyan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının şəxsi heyəti və ağır texnikasının dəstəyi ilə Meşəli kəndinə basqın edərək evləri və küçələri dağıdıb.
Onlar kənd sakinləri – 1936-cı il təvəllüdlü Quliyev Qədimi, 1936-cı il təvəllüdlü Quliyeva Ruba Hacı qızını, 1903-cü il təvəllüdlü Quliyev Mətləb Qənimət oğlunu, 1932-ci il təvəllüdlü Novruzov Novruz Məhərrəm oğlunu, 1932-ci il təvəllüdlü Novruzova Adilə Məhəmməd qızını, 1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qızını, 1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qızını, 1926-cı il təvəllüdlü Sadiqov Əvəz Alış oğlunu, 1932-ci il təvəllüdlü Sadıqova Qönçə Məmmədbağır qızını, 1927-ci il təvəllüdlü Nurməmmədov Hüseyn Rza oğlunu, 1936-cı il təvəllüdlü Nurməmmədova Pakizə İslam qızını, 1969-cu il təvəllüdlü İbadullayev Nadir Nəbi oğlunu, 1974-cü il təvəllüdlü Allahverdiyev Vidadi Müsül oğlunu, 1938-ci il təvəllüdlü Kazımov Xəlil Mahmud oğlunu, 1963-cü il təvəllüdlü Mehralıyev Əli Mürsəl oğlunu, 1942-ci il təvəllüdlü Hümbətov Bəhlul Müseyib oğlunu, 1929-cu il təvəllüdlü Qasımov Ənvər Bahadur oğlunu, 1915-ci il təvəllüdlü Xudayarova Surayya Alış qızını, xidməti vəzifələrini yerinə yetirən Xocalı Rayon Polis Şöbəsinin Meşəli Polis Bölməsinin polis serjantları – 1969-cu il təvəllüdlü Quliyev İsmayıl Qənimət oğlunu, 1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlunu qətlə yetiriblər.