Məşhur markaların tamponlarında xərçəng və hormonal pozulmalara səbəb olan pestisidlər tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat ysayıb. Bildirilir ki, qlifosat toksini Tampax, Lil-Lets, Tesco, Boots, Superdrug tamponlarında aşkar edilmişdir. Bu, təhlükəli pestisidin konsentrasiyası icazə verilən həddi 40 dəfə üstələyir.
Qlifosatın selikli qişa ilə təmasda olması və qaraciyəri və bədənin digər təbii filtrlərini keçərək birbaşa qana udulması xüsusilə təhlükəlidir.
Qlifosat bütün dünyada xərçəng, Parkinson xəstəliyi və digər hormonal pozğunluqlara səbəb olan təhlükəli kanserogen hesab olunur.
Xuraman Etibarlı
İnterpress.az